Skywell, Azərbaycanda rəsmi ilk tam elektrik avtomobil brendidir

Onvolt şirkəti Skywell elektrik avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.

|təşkil edir.

Skywell ET5

Azərbaycanda rəsmi təqdim olunmuş

ilk elektromobil brendinin avtomobili

Skywell Azerbaijan, elektrik avtomobil, elektromobil, Skywell ET5, Skywell
Skywell Azerbaijan, elektrik avtomobil, elektromobil, Skywell ET5, Skywell
  • Skywell Azerbaijan, elektrik avtomobil, elektromobil, Skywell ET5, Skywell
    Tam elektrik
    SUV tipli Skywell ET5 elektrik avtomobili bir enerji dolumunda 520 km məsafəni qət edir. Surətli şarj ilə 30 dəqiqəyə 20%-dan 80%-dək şarj yığma imkanına malikdir.
  • Skywell Azerbaijan, elektrik avtomobil, elektromobil, Skywell ET5, Skywell
    Avropa standartı
    Skywell elektrik avtomobilləri Avropa standartlarına uyğun istehsalçı tərəfindən sertifikatlaşdırılıb. CCS2 (DC) və Type2 (AC) şarj qida portları ilə təchiz olunub.
  • Skywell Azerbaijan, elektrik avtomobil, elektromobil, Skywell ET5, Skywell
    Texniki xidmət və ehtiyat hissələri
    Hər idxal olunan elektromobil üzərində istehsalçı tərəfindən tələb olunan sayda ehtiyat hissələri ambara yerləşdirilib. Cənubi Qafqazın ən müasir və peşakar texniki xidmət mərkəzi olan Motor House Skywell avtomobillərinin rəsmi texniki xidmət mərkəzidir.
  • Skywell Azerbaijan, elektrik avtomobil, elektromobil, Skywell ET5, Skywell
    Zəmanət
    Avtomobillərə 5 il və ya 150.000 km, batareyaya isə 8 il və ya 200.000 km istehsalçı tərəfindən zəmanət təqdim olunur.

Skywell brendinin tarixi

Skyworth korporasiyası 1988-ci ildə Çində məişət texnikası və elektronika istehsalçısı kimi yaradılıb.
1996-dan 2000-ci ilə qədər Skyworth şirkətinin Çində istehsal həcminə görə dördüncü şirkət halına
gəldiyi sürətli artım dövrü oldu.

2000-ci ildə Skyworth Nanjing Golden Dragon Bus Co Ltd. şirkətini təsis etdi. O, tam elektrik böyük,
orta, yüngül avtobus və orta yük avtomobillərinin, eləcə də müvafiq komponentlərin və hissələrin
istehsalı və satışı ilə məşğul olaraq, Çinin elektrotexnika sənayesinin aparıcı müəssisəsinə çevrilmişdir.
2016-cı ilin sonuna şirkətin ümumi aktivləri 7,838 mlrd yuan, xalis aktivləri 1,429 mlrd yuan təşkil edib.
İstehsal olunan avtomobillər Nanjing Golden Dragon Bus adı altında və daha sonra Skywell adı altında
istehsal edilmişdir.

2017-ci ildə Nanjing Golden Dragon Bus şirkətinin sahibi Skyworth-un sərnişin elektrik nəqliyyat
vasitələri bazarına çıxdığını elan etdi. Bu məqsədlə Skywell New Energy törəmə şirkəti yaradılmışdır.
İlk minik seriyalı elektromobilin işlənib hazırlanması 2015-ci ildən başlasa da, şirkət 2020-ci ildə onu
daxili bazar üçün Skyworth EV6 və xarici bazar üçün Skywell ET5 kimi təqdim edib.

2021-ci ildə Almaniyanın Elaris şirkəti Elaris Beo brendi altında Almaniyada və Avropada bu
avtomobilərin idxalı ilə məşğul olacağını elan etdi. Eyni ildə Imperium Motors ET5 Imperium brendi
altında ABŞ və Kanadada markanın rəsmi idxalçısı kimi çıxış edib.

2022-ci ilin aprel ayından Onvolt şirkəti Skywell şirkətinin Azərbaycanda rəsmi idxalçısıdır. Bu şirkət Qafqazda yeganə idxalçıdır.

ONVOLT MMC (2022)

Skywell avtomobillərinin rəsmi idxalçısı

Azərbaycanda ilk tam elektrik avtomobillərinin rəsmi şourumu.

Azərbaycan ərazisində enerji

doldurma məntəqələrin xəritəsi

Şarj avadanlıqları

Media və xəbərlər